"Çalışıb özümü koronovirusdan qoruyuram..." — Abid Şərifovdan vətəndaşlara MÜRACİƏT

GÜNDƏM 16 iyn 2020, 12:19

Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov koronovirusla bağlı vətəndaşlara müraciət edib. 


Abid Şərifov Demokrat.az-a açıqlamasında bildirib ki, koronovirus dəhşətli bəladır və insanlar qoyulan qaydalara əməl etməlidir:


"Hazırda Bakıda evimdəyəm, bayıra çıxmıram, hamı kimi mən də karantin rejiminə, qanun-qaydalara əməl edirəm. Səhhətimdə problemlər var, ona görə də çalışıb özümü koronovirusdan qoruyuram. Hər kəsə də məsləhət görürəm ki, qərar və qaydalara əməl etsinlər, birlikdə bu bəladan xilas olaq. Ən böyük arzum odur ki, Allah xalqımızı bu bəladan tez xilas etsin".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top