Suda batan qızı xilas edən dörd nəfər öldü

DÜNYA 16 iyn 2020, 13:04

Rusiyanın Zabaykalsk vilayətində bir nəfəri xilas edən dörd nəfər həyatını itirib.


“RİA Novosti” xəbər verir ki, qohumları ilə üzən 15 yaşlı qız su axınına düşüb.


Qohumları və üç balıqçı onu xilas etmək üçün özünü yetirib.


Yeniyetmə xilas olsa da, 41, 58, 64 yaşlı kişilər və 45 yaşlı qadın batıb. Kişilərin meyiti tapılıb, qadının cəsədi aşkar edilməyib.


Bu istiqamətdə axtarışlar davam etdirilir.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top