Azərbaycanda zəlzələ oldu

HADİSƏ 05 sen 2018, 21:43

Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

 

Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 16 km olub.

 

Yeraltı təkanlar episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. / Qaynarinfo /

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top