Dünyada koronavirusa yoluxma və ölümlə bağlı ən təhlükəli ölkələr — SİYAHI

DÜNYA 16 iyn 2020, 09:09

Dünyanın COVID-19-un qeydə alındığı 213 ölkə və bölgəsində təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb.


Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.


Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 8 113 679 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir.


Pandemiya ərzində təhlükəli virusdan ümumilikdə 4 213 601 nəfər sağalıb.


Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya 2 182 950 yoluxma qeydə alınıb, koronavirusdan 118 283 nəfər ölüb.


COVID-19-a yoluxma üzrə siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində 891 556 insan virusa yoluxub. Bununla yanaşı, 44 118 insan koronavirusdan vəfat edib.


Qonşu Rusiya da koronavirusa yoluxanların sayı üzrə ilk üçlükdə qərarlaşıb. Şimal qonşumuzda COVID-19-a 537 210 yoluxma təsdiqlənib, 7 091 insan pandemiyanın qurbanı olub.


Cənubi Asiya ölkəsi Hindistanda 343 026 insan cari ilin ən təhükəli virusuna yoluxub, 9 915 nəfər virusdan dünyasını dəyişib.


Böyük Britaniya Qərbi Avropanın koronavirusdan ən çox əziyyət çəkən ölkəsidir. Birləşmiş Krallıqda 296 857 nəfər COVID-19-a yoluxub, 41 736 insan ölüb. Qərbi Avropanın digər ölkəsi İspaniyada yoluxma sayı 291 189, pandemiya qurbanlarının sayı isə 27 136 nəfər təşkil edir.


Siyahıda 7-ci yerdə virusa 237 290 yoluxma sayı ilə İtaliya qərarlaşıb. Qərbi Avropanın bu ölkəsində 34 371 nəfər virusdan ölüb.


Peru dünyada koronavirusa yoluxma hallarının sayına görə 8-ci yerdədir. Amerika ölkəsində 232 992 nəfər COVID-19 daşıyıcısı kimi qeydiyyata alınıb. 


Cənub qonşumuz İran dünyada koronavirusa ən çox yoluxma hallarının sayına görə 9-cu yerdədir. Bu ölkədə infeksiyaya 189 876 nəfər yoluxub, 8 950 insan ölüb.


Almaniya dünyada koronavirus xəstələrinin sayına görə, 10-cu yerdədir. Qərbi Avropa ölkəsində COVID-19-a 188 044 nəfər yoluxub, 8 885 insan pandemiyanın qurbanı olub.


Türkiyə pandemiyadan ən çox zərər çəkən ölkələr siyahısında 7-ci yerdədir. Bu ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı 179 831 nəfərə, COVID-19 qurbanlarının ümumi sayı 4 825 nəfərə çatıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top