"Bu qurumu Bayram Səfərovun obrazında fəaliyyətsiz vəziyyətə salmışıq" — Deputat

SİYASƏT 15 iyn 2020, 22:17

"Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması”nın rəhbəri, millət vəkili Tural Gəncəliyevin Dağlıq Qarabağ ermənilərinə müraciətinin məzmunu da siyasi cəhətdən məqsədəuyğun idi və erməni dilində müraciət də doğru diplomatik gediş idi. Hər şeyi erməninin üstünə atmaqla iş bitmir".


Demokrat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.


Millət vəkili bildirib ki, özümüz uzun müddət bu qurumu Bayram Səfərovun obrazında fəaliyyətsiz vəziyyətə salmışıq, indi anlayırıq ki, bu itirilən vaxt nə qədər zərərimizə işləyib.


“Söhbət ondan getmir ki, Tural Gəncəliyev fövqəladə bir şeylər etməya nail olacaq. Bunu gözləməyə də əsasımız yoxdur. Ən azı beynəlxalq auditoriyaya vaxtaşırı müraciət etməsi, azərbaycanlı icmanın varlığı barədə təsəvvürü genişlətməsi də böyük əhəmiyyət daşıyır…”-deyə, o, əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top