“Məni yatdığım yerdə ərə veriblər” — Elza

ŞOU-BİZNES 15 iyn 2020, 20:33

"ATV maqazin onlarla" verilişinin qonağı olan Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə diqqət çəkib.

 
Demokrat.az-ın xəbərinə görə, bəstəkar-müğənni yaxşı ana olduğunu bildirib:

 
"Oğlum mənə deyir ki, toylara getmə, otur evdə. İstəmirəm övladımın mənfilərini açım. Ailəmi atıb, gedib başqa işlə məşğul olmamışam. Mənim yerimə kim olsaydı, uşağı atardı atasının üstünə, gedib kef edərdi. Xaricdən təkliflər almışam. İndi çox varlı, ailəsi, hətta başqa uşaqları olan qadın ola bilərdim. Məni yatdığım yerdə ərə veriblər, sevməmişəm. Uşaqlarımı qoyub tək kirayədə yaşamadım. Heykəli qoyulacaq anayam mən. Üzümə baxanda bilinmir hansı yuvanın quşuyam?"

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top