“Avroviziya-2021”in final tarixləri bəlli oldu — VİDEO

ŞOU-BİZNES 15 iyn 2020, 16:52

2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin yarımfinal və final tarixləri açıqlanıb.


Demokrat.az xəbər verir ki, “Ahoy” konsert zalının arenasında təşkil olunacaq yarışmanın birinci yarımfinalı may ayının 18-i, ikinci yarımfinalı 20-si, böyük final isə 22-də baş tutacaq.


Ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində müğənni Samirə Əfəndi təmsil edəcək.


Qeyd edək ki, “Avroviziya 2020” mart ayının 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunub.


Müsabiqənin təşkilatçıları iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək yarışmadakı nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqqında məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.(oxu.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top