İranda koronavirusdan ölənlərin sayı sürətlə artır

DÜNYA 15 iyn 2020, 16:26

İranda koronavirusa yoluxanların sayı yenə artıb.


Demokrat.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.


Açıqlamada ölkədə daha 2 449 nəfərdə koronavirusun aşkarlandığı bildirilib. Bununla da İranda yoluxma faktlarının sayı 189 876-ya çatıb.


Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı daha 113 nəfər artaraq 8 950 nəfərə yüksəlib.


2 765 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulanıb.


Bundan başqa, indiyədək 150 590 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.


Qeyd edək ki, İranda iyunun 14-də 107, iyunun 13-də 71 nəfərin öldüyü açıqlanmışdı.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu ötüb. Bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 436 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top