Partiya sədrinin müavini: “Heydər Əliyev indiki müxalifəti küçələrdə güllələnməkdən qorudu”

GÜNDƏM 15 iyn 2020, 11:55

15 iyun hadisələrini çox yaxşı xatırlayıram. Prosesləri bir qədər yaxından müşahidə etmək imkanım olub. Etiraf edim ki, o zaman çox gənc idim, hadisələri indiki kimi dəyərləndirə bilmirdim. Amma İllər keçdikcə bir daha əmin oldum ki, o dönəmdə Heydər Əliyev Bakıya gəlməsəydi, indi müstəqil Azərbaycan bizim üçün xəyal olacaqdı və bizlər növbəti dəfə bölünmüş-parçalanmış Azərbaycanın bir küncündə yaşamağa məhkum olacaqdıq.

 
Keçək məsələnin digər tərəfinə. Bəli, eyni zamanda Heydər Əliyev olmasaydı, həmin dövrün iqtidar, elə o vaxtdan da müxalifət olmağa məhkum olunmuşların əksəriyyəti də həyatda olmayacaqdı, xuntaçılar tərəfindən küçələrdə güllələnəcəkdi və xəyali Azərbaycan kimi onlar da öz qohum-əqrəbalarının xəyallarında yaşayacaqdı. Amma böyük siyasət adamı Heydər Əliyev buna imkan vermədi. Onları qorudu. O baxımdan bu günkü bayramı daha çox onlar qeyd etməlidirlər və ÖNDƏRƏ minnətdar olmalıdırlar.

 
Əminəm ki, üzdə hiss etdirməsələr də bir çoxları ürəklərində qeyd edirlər.) Qalır açıq və səmimi şəkildə etiraf etməkləri. Etiraf etmək isə Böyüklərə məxsus hissdir.

Bəylər, qurtulun komplekslərinizdən etiraf edin. Əks halda heç bir uğura imza ata bilməyəcəksiniz.


Qurtuluşun mübarək Azərbaycan!

 
Arzuman Abdulkərimov

Ana Vətən Partiyasının sədr müavini

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top