Bakıda 15 yaşlı qıza təcavüz edildi

KRİMİNAL 15 iyn 2020, 10:48

Bakının Pirallahı rayonunda on altı yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Əli Fərhad oğlu Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Pirallahı rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Əkrəm Qəhrəmanovun icraatına verilib.


Qapalı keçirilməsi nəzərdə tutulan cinayət işinin araşdırılması iyunnun 19-na təyin olunub.


İttihama görə, Əli Əliyev Pirallahı qəsəbəsində 15 yaşşlı qızla cinsi əlaqədə olub.


İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top