Deputat: "Qədir bilən xalqımız hər il 15 iyun milli Qurtuluş gününü bayram edir"

SİYASƏT 14 iyn 2020, 18:10

15-iyun Milli Qurtuluş bayramı, müasir Azərbaycan dövlətçilik tarixinin ən önəmli, şərəfli səhifələrindən biri, stabilliyin, inkişafın əsasının qoyulduğu gün münasibətilə xalqımızın hər bir nümayəndəsini təbrik edirəm. Möhkəm can sağlığı, əmin amanlıq arzulayıram.

 

Həmin gün ümummilli Lider Heydər Əliyev, yaranmış mövcud vəziyyətə görə, torpaqlarını itirmiş, dünyanın siyasi xəritəsindən silinmək və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, cənubdan, şimaldan, qərbdən separatçılıqla üzləşmiş dövləti qurmaq üçün xalqın təkidli tələbləri ilə, Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildi. Bütün çətinliklərə baxmayaraq, Memarı və qurucusu olduğu Azərbaycan adında dövləti hissə hissə tikdi və müasir, stabil, hərtərəfli inkişaf etmiş güclü dövlətə çevirdi.

 

Ona görə də, qədir bilən xalqımız hər il 15 iyun milli Qurtuluş gününü, öz xilaskarının şərəfinə, hər il bayram edir.

 

Bayramınız mübarək!!!

 

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top