Erməni gözəllik müsabiqələrinin gizli məqamları — ŞOK DETALLAR

SİYASƏT 14 iyn 2020, 12:19

Bu günlərdə KİV-lərdə tirajlanan 2 xəbər ovqatımı əməlli – başlı təlx elədi. Birinci xəbər o idi ki, ermənilər iyunun 22-26-sı tarixlərində Kann kinofestivalının keçirəcəyi və Avropanın ən böyük kino bazarı olan “Marché du Film” tədibirində aprel döyüşlərini anti-Azərbaycan mövqeyindən təsvir edən “Cənnətə açılan qapılar” filmini nümayiş etdirəcəklər. Burada film Avropanın və ABŞ-ın nüfuzlu kinoprodüser mərkəzlərinə təqdim olunacaq. Filmdə hadisələr 2016-cı ilin aprelində Qarabağda cərəyan edir. Döyüşləri işıqlandırmağa gələn almaniyalı fotoqraf 22 il əvvəl Qarabağ döyüşləri zamanı tanış olduğu erməni fotoqrafının qızı Sofiyaya vurulur…


Xatırladaq ki, bundan öncə, 73-cü Beynəlxalq Kann kinofestivalının proqramına erməni rejissor Nora Martirosyan “Külək əsirsə” filmi daxil edilmişdi. Belçika, Fransa və Ermənistanın birgə istehsalı olan filmin senarisi Xocalı aeroportunun işə salınmasına həsr olunmuşdu…


Digər bir xəbər isə bu idi ki, “Ermənilər Qarabağ meşələrində könüllü diversiya qrupları yaradırlar”. Ermənistan KİV-nə istinadən verilən xəbərdə deyilir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.


Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar…. Vəssalam…


Ermənilərin bütün mövqelərdə, hər xırda məsələlərdə inadkarcasına  mübarizə aparması onu göstərir ki, bizim ermənilərdən çəkəsi hələ çox çiləmiz var.  Düz 102 il əvvəl düşmənlərimiz qədim-qayım türk torpaqlarında Ermənistan dövləti yaratdılar. O gündən bu günə isə Azərbaycan Xalq Cümhuriyyətindən bizə miras qalan ərazilərin 50 faizini yavaş-yavaş qəsb etdilər. Bütün bu itkilərimizə rəğmən taleyimizlə barışıb alış-verişimizlə başmızı qatdığmız bir vaxtda da ermənilər dayanmaq bilmir. “Böyük Ermənistan” iddialarını sürdürürlər. Və ən qorxulusu da odur ki, addım-addım bu istəklərinə yaxınlaşırlar. Bu yerdə yəqin ki, hansısa “millət qəhrəmanı” mənə etiraz edə bilər. Olsun…


Həqiqət hər zaman acı olur. Lakin acı həqiqət şirin yalandan daha üstündür. Birdəki, mən kiməm ki?!.. Hələ 110 il bundan qabaq Böyük Sabir yazırdı ki, “Kim nə deyər bizdə olan qeyrətə?!.. Qeyrətimiz bəllidir hər millətə”. Biz bütün savaşlarda ermənilərə acınacaqlı şəkildə uduzuruq. Ermənilər bu qədər qazanclarına rəğmən dayanmaq bilmir. Biz isə çoxdan yorulmuşuq. Elə bil hər şeyi unutmağa çalışırıq. Korpotariv maraqlarımızdan, uşaqlarımızın qayğılarından başqa heç nə barədə düşünmək istəmirik. Ən son tariximizin 33 ili ermənilərlə savaşda keçib. Bu savaşda 33 dənə xırda da olsun uğurumuzu sadalamaq bu gün mümkünsüzdür. Bu illərdə dövlət büdcəsindən yüz milyonlarla vəsaiti dağıtmışıq, mənimsəmişik, lakin ermənilərin bədnam niyyətini və vəhşiliyini ifşa edə biləcək bir dənə olsun bədii əsər ortaya çıxara bilməmişik.


Daha doğrusu çıxartmaq həvəsində olmamışıq. Ermənilər isə əldə etdikləri bu qədər uğurlara rəğmən dayanmaq bilmir. Özü də ermənilər yaratdıqları ideoloji silah üçün büdcədən bir manat da olsun oğurlamayıblar. Bütün xərcləri erməni diasporu ödəyib. Bəs bizim diaspora nə ilə məşğuldur?! Təbii ki, sərvət toplamaqla. Belə olmasa idi xaricdə yaşayan imkanlı soydaşlarımız ümummilli problemlərimizə hər zaman laqeyd qalmazdı. Bizlərin tam əksəriyyəti Biləcəridən o tərəfə keçən kimi az qala azərbaycanlı olduğumuzu unudur. Hətta elələri var ki, şəxsi maraqları üçün azərbaycanlı olmasını danır. Bu gün dünyada tanınan milyarderlərimizin, milyonçularımızın böyük əksəriyyəti xaricdə özlərini yəhudu əsilli kimi təqdim edirlər. Hətta bir az qabağa gedib adlarını, soy adlarını dəyişənlər də var. Məsələn, Gülağa Qəmbərov Moskvaya gedəndən sonra olub Albert Mixayloviç. Hələ onu demirəm ki, xaricdə yaşayan soydaşlarımızın çoxu ermənilərlə biznes ortaqlıqları var. Deməyim odur ki, bizdə vətənpərvərlik kompleksi var. Biz hər zaman vətənpərvər kimi yox, qonaqpərvər kimi tanınmağa üstünlük vermişik. Bizlərdə belə bir fikir formalaşıb ki, Qarabağ və digər milli məsələlər ancaq hakimiyyətdəkilərin problemidir. Müharibəni də iqtidar başlayıb, iqtidar qurtarmalıdır. Ermənilərlə mübarizə ancaq məmurların işidir.Vəzifəsi olmayan insanın vətənpərvərlikdən danışması və yaxud bu istiqamətdəki təşəbbüsü hər zaman qınaqla qarşılanıb. Belələrinə “el üçün ağlayan gözündən olar”, – demişik.


Bədnam düşmənlərimizin millətçi hərəkətlərinin daha bir müqayisəsini aparmaq istəyirəm. Son 30 ildə Ermənistanda hər il gözəllik müsabiqəsi keçirilir. Müsabiqənin ilk onluğuna düşən gözəl erməni qızları diasporanın dəstəyi ilə Avropaya göndərilir. Burda həmin qızlara yüksək davranış səviyyəsi və müxtəlif dillər öyrədilir. Sonrada bu gözəllər Avropanın, Amerikanın və eləcə də dünyanın inkişaf etmiş ölkələrində yaşayan zəngin iş adamlarının və siyasətçilərinin ailələrinə soxulurlar. Özlərinə lazımı karyera qurduqdan sonra isə ümumerməni məqsədləri üçün çalışırlar.


Bu layihənin uğurlu nümayəndəsi kimi teleulduz Kim Qardaşyanın adını çəkmək kifayət edir. Bu gözəlçənin ermənilər üçün etdiyi böyük işlərin heç 10 faizini bizim milyarder soydaşlarımız Azərbaycan üçün etməyiblər. Baxmayaraq ki, bizdə də hər il gözəllik müsabiqəsi keçirilir. Amma bizim gözəlçələr sonrakı fəaliyyət sahələri xaricdəki və Bakıdakı bərkgedən gecə barları olur. Deməyim odur ki, ermənilərin bütün sahələr üzrə milli fəaliyyət proqramı var. Və hər bir erməni bu proqramda iştirak etməyi özünün şərəf və vətəndaşlıq borcu bilir. Biz də isə nə proqram var, nə strategiya.


Olan yalnız şəxsi maraqlarımızdır. Bu gün şəxsi maraqlarımız üçün istənilən çirkin təklifə və oyuna gedirik. Təki lənətə gəlmiş pulumuz olsun… Fikrimi gücləndirmək üçün başqa bir nümunə də göstərmək istəyirəm. Son 20 ildə ermənilərə qarşı münasibətdə bizim qürur duya biləcəyimiz cəmi bir neçə hadisə oldu. Onlardan biri Ramil Səfərovun Macarıstanda bir ermənini cəhənnəmə vasil etməsi, digəri isə 3 kəlbəcərlinin bütün qorxuları göz önünə alıb doğma torpaqlara ziyarətə getməsi. Ermənilər ötən 15 ildə bizim bu xırda uğurumuzu sinirə bilmir. Bu uğuru yaddaşlardan silmək üçün bütün vasitələrlə mübarizə aparırlar. Məqsədlərinə çatmaq üçünsə istənilən dövləti göz önünə alırlar. Elə son hadisələrdə olduğu kimi. Ermənistan təkcə Ramil Səfərovu yox, Macarıstanı da Avropa məhkəməsində iddia predmetinə çevirdi. Ermənilər də bilirdi ki, Ramil Səfərovun yenidən həbsə qaytarılması mümkün deyil. Lakin bu iddiaları ilə onlar milli maraqlar yolunda heç kimə və heç nəyə güzəştə getməyəcəklərini bir daha dünyaya sübut etdilər…


Məni hər zaman narahat edən bir məsələni də bu gün dilə gətirmək istəyirəm. “Böyük Ermənistan” xülyası ilə ermənilər bütün qonşu dövlətlərə zaman-zaman torpaq iddiası irəli sürüblər. Lakin heç bir dövlətdən, hətta Allahın arxasız-köməksiz Gürcüstanından belə bir qarış torpaq ala bilməyiblər. Lakin təkcə son 70 ildə Azərbaycan torpaqlarının 50 faizinə ermənilər sahib çıxıblar. Deməli, problem bir millət kimi bizim özümüzdədir. Biz dədə-babalarımızın qanı ilə suvarılmış torpaqlarımıza da kommersiya marağı ilə baxa biləcək qədər zavallıyıq. Belə olmasaydı, hər gün iriçaplı bir məmurumuz haqqında dünya mətbuatında biabırçı məlumatları oxumazdıq. dəyərinə əmlak alması olayını demirəm….Ən dəhşətlisi odur ki, vəzifədə olan məmurlarımız kommersiya maraqları üçün ermənilərlə iş birliyinə belə gedirlər. Sevan gölünün sahilində soydaşlarımızın vəsaiti hesabına turizm şəhərciklərinin salınması bu gün çayxana söhbətlərinə çevrilib.


Biz ermənilərlə bacarmırıq (bacarmıyacağıq da, deməyə dilim və ürəyim gəlmir)…


Surxay Atakişiyev

Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top