Parisdə irqçiliyə qarşı aksiyada 26 nəfər saxlanıldı

DÜNYA 14 iyn 2020, 08:31

Fransanın paytaxtı Parisdə polis zorakılığına və irqçiliyə qarşı keçirilən aksiya zamanı 26 etirazçı saxlanılıb.

 

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə paytaxt polisinin prefekturasının "Twitter" səhifəsində bildirilir.

 

Məlumatda deyilir: "Hüquq-mühafizə qüvvələri saat 19:00 üçün 26 nəfər saxlayıblar".

 

Etirazçıların saxlanılmasının səbəbi barədə məlumat verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top