Natiq Cəfərli: “Bu iki günü hamı evdə kondisioneri qoşacaq, təmiz hava almayacaq”

GÜNDƏM 13 iyn 2020, 23:52

“İndi 35 dərəcə isti var, sabah-birigün də çox isti olacaq. Yüz dəfə dedik: 48 saat qapalı məkanları, Malları, qeyri-ərzaq, hətta ərzaq dükanlarını, kafe-restoranları bağlayın, ictimai nəqliyyatı da dayandırın - virus oralarda yayılır, açıq və isti havada tək-tək, ya ailə üzvləri iıə birgə digər insanlarla sosial məsafə saxlayaraq piyada gəzməklə virus yayılmaz! Bu mümkün deyil, hətta günəşdə, təmiz gavada gəzmək virusun qarşısını alır!”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın funksioneri Natiq Cəfərli deyib.
 

N.Cəfərli qeyd edib ki, bu iki günü hamı evdə kondisioneri qoşacaq, təmiz hava almayacaq, yürüməyəcək, nəticədə soyuqlayan insanların sayı kəskin artacaq: 


“Sonra da qızdırma, öskürək - adi soyuqlaması olan ilə virus simptomları olan adamlar bir-birinə qarışacaq...”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top