II Elizabet 20 dəqiqəlik doğum günü keçirdi

MARAQLI 13 iyn 2020, 23:15

Böyük Britaniyanın kraliçası II Elizabet bu gün 94 yaşını rəsmi şəkildə qeyd edib.


Demokrat.az TASS agentliyinə istinadla xəbər verir ki, bu il koronavirus pandemiyası səbəbindən mərasim təmtəraqlı olmayıb və cəmi 20 dəqiqə davam edib, Britaniya paytaxtının mərkəzində minlərlə insanın ənənəvi parad və şənliyi olmadan baş tutub.


Vindzor qalası, ənənəvi olaraq, iyun ayının ikinci şənbə günü (monarxın faktiki doğum günü 21 apreldir) təşkil edilən rəsmi doğum gününün qeyd olunduğu məkana çevrilib. Londonun yaxınlığındakı bu şəhərətrafı yaşayış məskənində II Elizabet 99 yaşlı əri şahzadə Filipplə birlikdə martın ortalarında təcrid olunub.


Sonuncu dəfə Britaniya monarxının doğum günü bu qala divarları ətrafında 1895-ci ildə Kraliça Viktoriya (1819-1901) taxtda olarkən qeyd edilib.


XI əsrdə inşa olunmuş qalanın həyətində baş tutan mərasim artilleriya atəşfəşanlığı ilə başlayıb. Ülyahəzrət bunu firuzəyi paltarda və eyni rəngdə şlyapa geyinərək, ağ rəngli örtüyün arxasından izləyıb.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top