Namiq Qaraçuxurlu: “Sevgilim mənə xəyanət edib”

ŞOU-BİZNES 13 iyn 2020, 13:24

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu şəxsi həyatı ilə bağlı qalmaqallı açıqlamalar verib.


Demokrat.az xəbər verir ki, “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” proqramında sənətçi xəyanətlə üzləşdiyini bildirib.


N.Qaraçuxurlu illər öncə sevgilisi tərəfindən aldadıldığını dilə gətirib:


“Sevgilimdən ayrıldıqdan sonra onun mənə xəyanət etdiyini öyrəndim. Dostluqda da, sevgidə də xəyanət olub. Həyatda çox zərbələr almışam. Kişi olduğum üçün bu barədə danışa bilməmişəm. Hətta qarşı tərəfin mənə xəyanət etdiyini üzünə vurmamışam.


Elə zənn edib ki, xəbərsizəm. İllər sonra xəyanət etdiyini özünə söyləmişəm, eşitdiklərindən şoka düşüb. İnsanda üzə baxın, hər yerdə danışır ki, guya mən xəyanət etmişəm”.


Qeyd edək ki, Namiq Qaraçuxurlu 2001-ci ildə Solmaz adlı xanımla ailə qurub. 2005-ci ilin dekabrında cütlük boşanıb. Namiqin Ümid və Ülvi adlı iki oğlu var. İllər sonra - 2015-ci ildə sənətçi İstanbulda gizli şəkildə ikinci dəfə ailə qurub.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top