Qurtuluşumuzun, xilasımızın səbəbkarı Heydər Əliyevdir — FOTOLAR

GÜNDƏM 13 iyn 2020, 12:02

Heydər  Əliyev: "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu  saxlamaq, onu əbədi  etməkdir"
                                                                                               

15  iyun  1993-cü il  Müstəqil Azərbaycan  dövlətinin tarixinə  daxil  olmuş  əlamətdar və  ən əhəmiyyətli  günlərdən  biridir.  Çünki  məhz  həmin  gün  xalqının  səsinə  səs  verən, bütün  çətinliklərə  baxmayaraq  Azərbaycanın  taleyinə  biganə  qalmayan, xilaskarlıq  missiyasını öz  üzərinə  götürən, bir  milləti  məhv olmaq  təhlükəsindən qoruyan Ulu  Öndər  Heydər  Əliyevin  siyasi  rəhbərliyə yenidən  qayıtdığı tarixdir. Parçalanmaqdan, qırılmaqdan, vətəndaş müharibəsindən  bizləri  xilas  edən o böyük  lider  müstəqil  Azərbaycan  dövlətinin  memarı, müasir  tariximizin  banisi  oldu. Nəbzi  daim  Azərbaycan naminə  döyünən, həyatını,varlığını  xalqına  sərf  edən  Ümummilli  lider Azərbaycanın  hər  bir  qarış torpağını, hər  bir  bölgəsini sonsuz  məhəbbətlə  sevirdi. Təbii  ki, bu  sevgidən, məhəbbətdən füzulilərin  də xüsusi  payı  vardır. 


1994-cü il yanvar  ayının 5-də  reallaşan  uğurlu  “Horadiz” əməliyyatı Ulu  Öndər  Heydər  Əliyevin  füzulilərə ən  böyük  bəxşişi oldu.  Azərbaycan  Milli  Ordusunun  ilk mühüm  qələbəsi  olan  bu əməliyyat nəticəsində  Horadiz və 22 yaşayış  məntəqəsi  düşməndən  azad  olundu.  Bu  gün  məhz  həmin  torpaqlarda rahat  yaşayan  və  işləyən  füzulilər  Ulu  Öndər  Heydər  Əliyevin siyasətini, onun  həmişəyaşar  ideyalarını ürəkdən  dəstəkləyirlər.  


İndi  Füzulidə  aparılan  tikinti  quruculuq işləri, yaşıllıq , abadlaşdırma  tədbirləri, qurulan infrastruktur  layihələr, məcburi köçkünlər  üçün salınan müasir tipli  qəsəbələr  Ulu  Öndər  Heydər  Əliyevin ideyalarının  yaşadığını, siyasətinin uğurla  davam etdirildiyini sübut edir.  Çünki  Ulu  Öndər  Heydər  Əliyev  canı  qədər  sevdiyi  Azərbaycanın  sabahını  özü qədər  inandığı, güvəndiyi cənab Prezident İlham  Əliyevə  əmanət  etdi. 


Bu  gün biz   füzulilər  qurtuluşumuzun  səbəkarı olan ümummilli lider  Heydər  Əliyevin  yolunun  və siyasi  kursunun  layiqli  davamçıları Prezident cənab  İlham Əliyevin  və Birinci vitse- prezident  Mehriban xanım  Əliyevanın apardıqları siyasəti bütünlüklə dəstəkəyir, bu  siyasətin bizi  tezliklə doğma Qarabağa aparacağına inanırıq.


Füzuli rayon İcra Hakimiyyəti

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top