"Azərbaycanın nəinki milli ordusu var, həm də milli silahları var" — Ramaldanov

SİYASƏT 12 iyn 2020, 23:04

İyunun 24-də Moksvada keçirilən paradda hərbçilərimiz Azərbaycan istehsalı olan silahlarla çıxış edəcək.

 

Hərbçilərimizin paradda məhz yerli istehsal olan silahlarla keçidi Azərbaycan ordusu ilə yanaşı, Azərbaycan hərbi sənayesinin də uğuru sayıla bilərmi?

 

Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov bu qənaəti bölüşdüyünü vurğuladı:

 

“Moskva paradında  Azərbaycan Milli Ordusu çıxış edəcək. Milli Ordu Azərbaycan milli atributları olan hərbi paltar və fərqlənmə nişanları ilə çıxış edəcək. Bizim istehsal etdiyimiz müasir silahlar var. Hansı ki, biz bu silahları müxtəlif sərgilərdə də nümayiş etdiririk. Bizdə atıcı silahların arsenalı genişdir. Azərbaycanın bu paradda yerli istehsal olan silahlarla təmsil olunması o deməkdir ki, Azərbaycanın nəinki milli ordusu var, həm də milli silahları var. Bu, bir daha Azərbaycanın inkişaf etmiş hərbi sənayeyə malik olduğunu göstərir.

 

Hesab edirəm ki, paradda Azərbaycanın istehsal etdiyi silahlar maraqla qarşılanacaq. Çünki onların xarici görünüşü, dizaynı da Rusiya istehsalı olan silahlardan fərqlənir. Bu bir Azərbaycan brendidir.

 

Xatırladım ki, bizim hərbçilər Pakistanda da paradda iştirak etmişdilər və orada da böyük maraq doğurmuşdu. Moskva paradında da hərbçilərimizin Azərbaycan ordusunun qüdrətini, peşəkarlığını sıra hazırlığında yüksək səviyyədə nümayiş etdirəcəyinə əminəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top