Vaxtilə "balıq Hafiz" deyənlər...

GÜNDƏM 12 iyn 2020, 11:28

...İndi “MMP sədri Hafiz Hacıyev” deyir

 

Canım ay qoca tarix! Vaxt var idi ki, Azərbaycan mətbuatına söyüş və QARĞIŞ janrını gətirən "Yəni Müsavat"ın Rauf Abbasovu və onun özündənmüştəbeh olan köhnə komandası (Zahid Cəfəroğlu, Xalid Kazımlı, Nazım Səfəroğlu, Zamin Hacı, Mahir Məmmədli, rəhmətlik Alim, Sevinc Telmanqızı, Könül Şamilqızı, Azər Abbasov (özünə Ayxan deyən) və həm də elə bu Afət Telmanqızı MMP SƏDRİ Hafiz Hacıyevi Əli Kərimli kimi boynu xaltalılara görə "balıq Hafiz" deyib ələ salır və Raufa yalmanan ZURNALUSTLƏR də o saqqallı personaya züy tuturdular.
 

Onda MMP sədri sanki mətbu blokadaya alınmışdı. Amma Hafiz bəy o blokadanı yarıb çıxdı. İndi də həmin "radikal müxalifət" və onların mətbu şəbəkələrini diz çökdürüb. İndi həmin çete daha "balıq Hafiz" deyil, MMP sədri deyib, Hafiz bəydən müsahibə götürmək üçün növbəyə düzülürlər. Burada adı çəkilən xanımlara aid deyil deyilənlər, ...yox day demirəm.

 
Amma ay ABBASOV Rauf ya saqqalından utan, ya da cildini tamam dəyiş, heç olmasa o saqqalından utan e, utan!


HAFİZ HACIYEVİN onlar haqqında söylədiklərini zaman təsdiqlədi. Və Hafiz Hacıyevin onlar haqqında söylədiklərinin 10 qatını bu adamlar "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində bir-birinə söylədilər.... Həəə, day heş zad...


Zaman özü bu adamların üzündəki niqabı götürdü. Nə yazıq ki, cəmiyyətimiz tam zamanında söylənən HƏQİQƏTLƏRİ gah şər, gah böhtan, gah guya hansısa dairəyə yarınma kimi qiymətləndirib GERÇƏKLƏRİ dilə gətirəni linç etməyə çalışır. Hafiz Hacıyev bunlara "xəyanətkar, satqın, yaltaq, ikiüzlü, riyakar, cinsi azlıqların müdafiəçiləri" deyəndə, onların "Elçibəyə xəyanət etmələri"ni vurğulayanda bu ət və sümükdən ibarət olan radikal düşüncəli siyasətbazlar və onların mətbu çeteləri MMP sədrini topa tuturdular.


Amma baxın: Hafiz bəyin dediyini hər kəsdən öncə elə rəhmətlik Elçibəyin özü "məni İranın və Rusiyanın uşaqları satdı" deyəndə təsdiqləyib...


Sülhəddin Əkbərin mətbu açıqlamasında da "İranın və Rusiyanın uşaqları"nın siluetləri apaydın ortalıqda görünür.... "Azadlıq" və "Yeni Müsavat" arasında gedən mətbu müharibədə bu adamlar bir-birinin ÜNVANINA nələr söyləmədilər!?...


Raufun, Qənimətin ikiüzlülüyü artıq mətbu jarqona çevrilib. Qərbə, İrana, Rusiyaya leylək sədaqəti göstərən bu MÜXAIİF ƏTLƏR indi də hansısa "Milli Şura" adlı yığnaqda cinsi azlıqların işığına toplaşmaq istəyirdilər ki, özünə hörmət edənlər dərhal buradan uzaqlaşdılar. Sonuncu qaçan da "İranın uşaqları" kimi danışan Tale Bağırzadə oldu..


Burda deyirlər e, salam-ALEYKUM!..


Tənha qalan Cəmillə Əli də "sən o tayda, mən bu tayda" deyib qıvrılırlar...


Bə MMP sədri 25 ildir ki, bunu deyirdi də, ay cəmiyyət, nöş inanmırdınız? Və belə misallar nə qədər desən var...

 
MMP sədrinin Əli Kərimli haqqında işlətdiyi qeyri-etik ifadənin memarı da əslində Əli Kərimlinin özüdür. Azərbaycanda mental dəyərləri tapdalayan, əxlaqsızlığı yayan o sarı mətbuat var idi haaa, bax onun çap uzantıları sonda Əli Kərimliyə bağlanırdı, Hafiz Hacıyevə yox!..


İgid Teymurlu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top