Nazir: "Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır"

SİYASƏT 11 iyn 2020, 21:39

“Azərbaycan COVID-19 böhranına, həmçinin çoxtərəfli çərçivədə cavab tədbirlərinə fəal şəkildə cəlb olunub və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ayırıb”.

 

Xarici İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bunu “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər nazirlərinin video-telekonfrans görüşündə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

 

“Biz həmçinin 14 ölkənin müraciəti əsasında onlara ikitərəfli qaydada yardım göstərmişik. Bu gün Azərbaycan COVID-19-la mübarizədə ən çox humanitar yardım göstərən ölkələr siyahısındadır və bu, bizim həmrəylik və əməkdaşlığa sadiqliyimizə dəlalət edir”, - deyə XİN başçısı vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top