"Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürmüşük" — Müdafiə Nazirliyi

SİYASƏT 11 iyn 2020, 20:34

“Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb”.

 

Bu fikir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı bəyanatda əks olunub. 

 

Bəyanatda deyilir:

 

“Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top