Koronavirusun peyvəndi ilə bağlı ÜST-dən VACİB AÇIQLAMA

DÜNYA 10 iyn 2020, 18:05
“Əgər hər şey plana uyğun gedərsə, payız və ya qışda peyvəndin ilk dozaları hazır olacaq".
 
 
Demokrat.az xəbər verir ki, bu açıqlamanı İtaliyanın Səhiyyə nazirinin müşaviri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkədəki nümayəndəsi Valter Riççardi bildirib.
 
 
Onun sözlərinə görə, COVID-19 virusuna qarşı peyvənd üzərində Oksford Universiteti və İtaliyanın “İrbm” şirkəti birgə işləyir.
 
 
Qeyd edək ki, dünyada koronavirusa 7 milyon 349 min 528 nəfər yoluxub ki, onların da 414 min 262 nəfəri həyatını itirib, 3 milyon 627 min 234 nəfər isə sağalıb. (Baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top