Gəncədə yaşayış binasında yanğın olub, 15 nəfər təxliyyə edildi

HADİSƏ 04 sen 2018, 14:58

Gəncədə yaşayış binasında yanğın olub. 

 

Demokrat.Az FHN-ə istinadən xəbər verir ki, nəticədə yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə və 5-ci mərtəbədə ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 otağın qapısı və pəncərə çərçivəsi yanıb.

 

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top