Burundi Prezidenti dünyasını dəyişdi

DÜNYA 10 iyn 2020, 08:56

Burundi Prezidenti Pyer Nkurunziza dünyasını dəyişib. 


Demokrat.az bildirir ki, bu barədə “gazeta.ru” xəbər verib.


Onun 55 yaşı var idi. Siyasətçinin ölümünə səbəb ürəktutması olub.


Nkurunziza 2005-ci ildən ölkə başçısı postunu tuturdu. Onun prezidentlik müddəti avqust ayında başa çatacaqdı.


Qeyd edək ki, 2020-ci il mayın 20-də Burundidə prezident seçkiləri keçirilmişdi, lakin Nkurunziza öz namizədliyini irəli sürməmişdi. Seçkilərdə 68,72 % səslə hakim CNDD-FDD partiyasından namizəd Evarist Ndayşiyemiye qalib gəlmişdi.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top