Karantin Avropada 3 milyon insan ölümünün qarşısını aldı

DÜNYA 09 iyn 2020, 18:37

Avropa ölkələrində tətbiq olunan geniş miqyaslı sərt karantin tədbirləri 3,1 milyon insanın ölümünün qarşısını alıb.


Demokrat.az xəbər verir ki, London İmperial Kolleci universitetinin tədqiqatçıları tərəfindən araşdırmada belə bir proqnoz irəli sürülüb. 


Tədqiqatçılar Avropa ölkələrində karantin tədbirlərinin həyata keçirilməyə başlandığı martdan may ayının əvvəlinə qədər infeksiya və ölüm hallarının sayını karantindən əvvəlki dönəmdəki saylarla müqayisə ediblər.


Yoluxma və ölüm nisbəti əsasında yaradılan riyazi modelə görə, karantin tədbirləri həyata keçirilməsəydi, 11 ölkədə ümumilikdə 12-15 milyon insanın yoluxacağı və bununla da 3,1 milyon insanın ölümünə yol açacağı hesablanıb.


Tədqiqata rəhbərlik edən İnfeksion Xəstəliklərin Təhlili üzrə Modelləşdirmə Tədqiqat Mərkəzindən Dr. Samir Bhatt, araşdırılan bütün ölkələrdə karantin tədbirlərindən sonra yoluxma nisbətinin azaldığını bildirib. "Virusa yoluxmanı nəzarət altına almaq üçün tədbirlərin davam edilməsinə diqqətlə nəzərdən keçirilməlidir".(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top