Benzin ucuzlaşdı — Gürcüstanda

DÜNYA 09 iyn 2020, 15:23

Aprel ayından etibarən Gürcüstanda benzin və dizel yanacağının qiyməti orta hesabla 0,75-0,80 lari (0,45 manat) ucuzlaşıb.


Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Biznes Assosiasiyasının açıqlamasında deyilir.


Bildirilir ki, son günlərdə Gürcüstanın milli valyutası olan larinin dollar qarşısında möhkəmlənməsi də yanacağın qiymətinin enməsinə təsir göstərən amillər sırasındadır. Qeyd olunur ki, son iki həftə ərzində beynəlxalq bazarlarda yanacağın qiyməti qalxsa da, larinin möhkəmlənməsi fonunda Gürcüstanda qiymətlər hazırkı səviyyədə qalacaq. Assosiasiya yanacaq qiymətlərindəki azalmanın müxtəlif sənaye növlərinin inkişafı baxımından müsbət təsiri olduğunu qeyd edir.


Qeyd edək ki, hazırda Gürcüstandakı yanacaqdoldurma məntəqələrində "Super" markalı benzinin qiyməti 2,10-2,20 lari (1,2 manat), "Premium" markalı benzinin qiyməti 1,90-1,95 lari (1,11 manat), "Regular" tipli benzinin qiyməti isə 1,79-1,90 lari (1,08 manat) təşkil edir. Qonşu ölkədə dizel yanacağının qiyməti isə 1,80-1,95 lari civarındadır.(unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top