Bakıda lift qırıldı: - Ərəblər xəsarət aldı (VİDEO)

HADİSƏ 03 sen 2018, 22:10

Bakının Fəzail Bayramov 11/56 ünvanındakı yeni tikili binada qəza baş verib.


 
Demokrat.Az Ölkə.Az-a istinadən xəbər verir ki, binanın 22-ci mərtəbəsində liftin trosu qırılaraq birinci mərtəbəyə çırpılıb. Hadisə yerindən bildirilir ki, bu zaman liftdə 5 İraq vətəndaşı və bir nəfər azərbaycanlı olub.


 
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib. İnsident nəticəsində 2 ərəb xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Hazırda ərazidə polis işləyir.

 

 

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top