Deputat: “Bilirsən ki, sənin dalınca gəliblər, arvad-uşağı qapıya niyə çıxarırsan?”

ŞOU-BİZNES 09 iyn 2020, 14:18

“Deyirsən ki, bir zibil atıb, başa düşdüm. Polisin hamısı savadlı deyil ki?! Amma adam evə gəlir, qapını döyür. Bilirsən ki, sənin dalınca gəliblər. Arvad-uşağı qapıya niyə çıxarırsan? Özün niyə polisə getməmisən? Bilirsən ki, sənə xəbərdarlıq ediblər ki, polisə gəl. Niyə ailə üzvlərini sıxıntıya soxursan?”

 
Demokrat.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa deyib.

 
O bildirib ki, polisin kimisə tutanda başına vurmağı, çılpaq götürməyi qanunaziddir:


“Bu, olmaz. Xanıma qarşı da bunu etmək olmaz. Məndə olan məlumata görə, həmin xanım da bir öncədən polisə müraciətində “dovşansan” ifadəsini işlədib. Polis də sanki onun cavabını verir. Amma vətəndaşa bu formada, bu cavab verilməz”.

 
Qeyd edək ki, ötən gün deputat mediaya açıqlamasında polisə zibil atmağı bomba atmağa bənzətmişdi. Onun bu fikirləri ictimaiyyət tərəfindən narazılıqla qarşılanmışdı.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top