Jurnalistlər parlamentə buraxılmayacaqlar

SİYASƏT 09 iyn 2020, 13:38

Jurnalistlər Milli Məclisin plenar iclasa buraxılmayacaq.


Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

 
Məlumata əsasən, iyunun 12-də saat 11:00-da keçiriləcək iclasa koronavirus infeksiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətlə bağlı bu dəfə KİV və mətbuat nümayəndələri ümumiyyətlə dəvət edilməyəcək.

 
İclasın gedişi ilə bağlı şöbə tərəfindən video, foto və press-reliz jurnalistlərə təqdim ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top