Türkiyədə başına 1 milyon mükafat qoyulan terrorçu zərərsizləşdirildi

DÜNYA 09 iyn 2020, 11:18

Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayətinin Ovacık bölgəsində həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarında zərərsizləşdirilən altı terrorçudan biri axtarışda olub.


Demokrat.az xəbər verir ki, bu məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb. 


Bildirilir ki, məhv edilən terrorçulardan biri “Doktor Deniz” ləqəbli təhlükəli PKK terrorçusu Sadık Akmaz olub. Daxili İşlər Nazirliyi onun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi (təxminən 147 min ABŞ dolları) vəsait ayırmışdı. S.Akmaz terror aktları törətməkdə ittiham olunurdu.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top