DİN: "Yol verilmiş qanunazidd hərəkətlər hüquqi qiymətini alacaq"

SİYASƏT 08 iyn 2020, 22:01

“İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq”.

 

Demokrat.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov sosial şəbəkələrdə vətəndaşlarla polislər arasında yaşanan mübahisəli məqamlarla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

 

E.Zahidov sosial şəbəkələrdə sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə daxili işlər orqanları tərəfindən görülmüş işlər barədə danışıb: “Bir daha vətəndaşlarımıza sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə çağırışlarımızı anlayışla qarşıladıqlarına görə təşəkkürümüzü bildirirəm. Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.

 

O bildirib ki, sosial şəbəkələrdə yayılmış bu cür qanun pozuntularına, eləcə də polislə bağlı yer alan videogörüntülərlə əlaqədar tədbir görüləcək: “Sözsüz ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir”. (Oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top