Azərbaycandan xarici ölkələrə qurbağa əti satışına başlanılıb

HADİSƏ 03 sen 2018, 17:33

Azərbaycandan xarici ölkələrə qurbağa ətinin satışına başlanılıb.


Bu barədə "Ölkə.Az"a sözügedən fəaliyyətlə məşğul olan "Azerifrog" şirkətinin sahibi Rauf Hüseynov bildirib. 


Şirkət rəhbəri Salyan rayonunun Şorsulu kəndində yerləşən 10 hektarlıq ərazidə qurbağa artırma təsərrüfatı yaratdığını söyləyib. 


O, qidaya yararlı qurbağanın Braziliyadan gətirildiyini deyib:


"Hazırda məhsuldarlıq normaldır. Əsasən Avropa və Amerika ölkələrinə qurbağa əti satırıq. “Azerifrog” adı altında xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlıyam. Bu biznesin qurulmasına 200 min dollar pul xərcləmişəm".


R.Hüseynov qurbağaların yetişdirilməsindən ötrü xüsusi şərait yaradıldığını bildirib:


“Qurbağa yetişdirilməsi üçün çalışan işçilərimiz var. İşləyirik, məhsulları da xarici bazara satırıq. Hələlik ölkədən sifariş almamışıq”.   

 

Azərbaycanlı iş adamı: “Xarici bazara qurbağa məhsulu çıxaran ilk biznesmenəm”


İş adamı kommersiya sirri saydığı üçün sözügedən təsərrüfatdan heç bir çəkiliş edilməsinə icazə vermədiyini söyləyib.


Xatırladaq ki, Rauf Hüseynzadə Azərbaycanda Neft-Kimya Universitetini bitirdikdən sonra Fransanın Nant şəhərində 4 il təhsil alıb, qurbağa ətinin yeyilməsini də oradakı restoranlarda görüb. 

İdeyası onu yeyilən qurbağa növlərini öyrənməyə vadar edib və 2015-ci ildə “Azerifrog” şirkətini təsis edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top