Moskvada karantin sabahdan ləğv olunur

DÜNYA 08 iyn 2020, 17:54

Sabahdan etibarən Moskva şəhərində karantin rejimi və icazə sistemi ləğv olunur.


Demokrat.az xəbər verir ki, bu barədə Moskva İctimai Palatasının sədri Konstantin Remçukov açıqlama verib.


Paytaxt meri Sergey Sobyanin də şəxsi bloqunda bu məlumatı təsdiqləyib.


65 yaşdan yuxarı və xroniki xəstəliklərdən əziyyət çəkən vətəndaşlar da daxil olmaqla şəhər sakinləri məhdudiyyət olmadan küçəyə çıxa və ictimai yerləri ziyarət edə bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top