DƏHŞƏT: Ərini bıçaqladı, uşağını 11-ci mərtəbədən...

DÜNYA 08 iyn 2020, 16:16

Türkiyənin İstanbul şəhərində dünən gecə saatlarında bıçaqlanma hadisəsi qeydə alınıb.


Demokrat.az xəbər verir ki, 2 uşaq valideynləri olan A.Suat ile A.Esra arasında uzun müddətli mübahisə olub.


Məlumata görə, mübahisədən sonra əsəbiləşən və özünü itirən qadın mətbəxdən bıçaq götürərək ərinə hücum edib. Onu bıçaqladıqdan sonra isə autizmli uşağını götürərək 11-ci mərtəbənin balkonuna çıxıb. Uşağı aşağı salladaraq qışqırıb və təhdid edib.


Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım xidməti cəlb edilib.

Polislərin uzun müddətli çağırışlarından sonra qadın uşaqla birlikdə evə girib.


Kişi isə xəstəxanaya aparılıb, vəziyyəti orta olaraq qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.(yenicag.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top