Azərbaycanlı sabiq deputat DTX-yə çağırıldı

DÜNYA 08 iyn 2020, 13:23

Gürcüstan parlamentinin keçmiş deputatı, “Qeyrət” qeyri-hökumət təşkilatının təsisçisi Zümrüd Qurbanlı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.


Demokrat.az xəbər verir ki, o, DTX-nin irqi diskriminasiya üzrə apardığı istintaq çərçivəsində sorğu-sual olunacaq.


Z.Qurbanlı bildirib ki, bəzi insanlar Kvemo Kartli bölgəsində qeyri-sabitlik yaratmağa cəhd edirlər: “Biz, Gürcüstan azərbaycanlıları kiməsə siyasi maraqlarını dövlətin maraqlarından üstün tutmağa imkan verə bilmərik”.


DTX-ya dindirilmə üçün bir neçə azərbaycanlı ictimai fəal və din xadimi də dəvət olunub.


Qeyd edək ki, DTX mayın 30-da Kvemo Kartli və Kaxeti bölgələrində azərbaycanlılara qarşı ayrı-seçkiliklə bağlı istintaqa başlayıb.


Z.Qurbanlı 2000-2004-cü illərdə Gürcüstan parlamentinin üzvü olub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top