Uşağını 11-ci mərtəbədən atmaq istədi, ərini bıçaqladı — DƏHŞƏTLİ HADİSƏ

DÜNYA 08 iyn 2020, 08:56

Türkiyənin Küçükçekmeçe rayonunda Esra adlı qadın əri Suatla dalaşaraq ona bıçaqla xəsarət yetirib.


Demokrat.az xəbər verir ki, ərini bıçaqlamaqla ürəyi soyumayan qadın uşağını 11-ci mərtəbədən atmaq istəyib.


Eyvana çıxıb uşağı atacağını söyləyən Esranı qonşular sakitləşdirməyə çalışıblar. Sonra o, fikrindən vaz keçib, uşağı evə qaytarıb.


Hadisə yerinə çağrılan polislər qadının intihar edəcəyindən ehtiyatlanaraq onu sakitləşdirməyə çalışıblar. Onların cəhdləri müsbət nəticə verib. Qadını aşağı endirə biliblər.


Təcili Tibbi Yardım Birqadası yaralı Suatı və onun həyat yoldaşı Esranı xəstəxanaya aparıblar.


Hər ikisinin də vəziyyəti stabildir.(publika.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top