NATO Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı

HADİSƏ 03 sen 2018, 12:51

Gürcüstanın Senaki hərbi bazasında NATO ölkələri və Şimali Atlantik alyansın tərəfdaşlarının iştirakı ilə genişmiqyaslı Agile Spirit-2018 (Çevik ruh) hərbi təlimləri başlayıb.


Sentyabrın 1-də başlayıb on gün davam edəcək hərbi təlimlərdə ABŞ. Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya, Estoniya və Gürcüstan hərbçiləri iştirak edir. 


Hərbi təlimlər 2008-ci ilin avqust ayında Gürcüstanın qərb bölgəsinə Abxaziyadan müdaxilə etmiş Rusiya qüvvələrinin dağıtdığı hərbi bazada keçirilir.


Bundan əvvəl NATO ölkələri və tərəfdaşlarının iştirakı ilə keçirilən Noble Partner-2018 (Ləyqətli tərəfdaş) təlimləri avqust ayının ortalarında başa çatıb.


Gürcüstan NATO-ya inteqrasiya prosesinə hazırlıqların üçüncü mərhələsindədir.


Agile Spirit-2018 hərbi təlimləri Gürcüstanda 2011-ci ildən başlayaraq keçirilir. Keçən il hərbi təlimlərdə yeddi ölkənin hərbçiləri iştirak edib.


Builki təlimlər zamanı NATO-nun çevik qüvvələrinin tərkibində hərbi birləşmələrin böhranlı vəziyyətlərə hazırlıq səviyyəsinin artırılması üçün birgə əməliyyatlar keçirməsi məşq ediləcək. (Amerikanın Səsi)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top