Emin Ağalarov koronavirusa yoluxdu

ŞOU-BİZNES 05 iyn 2020, 12:34

Xalq artisti Emin Ağalarov koronavirusa yoluxub və artıq sağalıb.


Demokrat.az xəbər verir ki, Sənətçi bu barədə “Instagram”da opera müğənnisi Yusif Eyvazovla birgə canlı yayımda bildirib.


O, heç vaxt hərarətinin olmadığını və xəstəliyi barədə təsadüfən öyrəndiyini açıqlayıb: “İşə getmək istəyirdim, odekolon vurdum, heç bir qoxu hiss etmədiyimi başa düşdüm. Sonra səhər yeməyinə getdim və bütün yeməklərin dadsız olduğunu anladım. Beləcə test verdim və nəticə müsbət çıxdı. İki həftə ərzində evdə tək qaldım. Halbuki həyatımda heç vaxt, bir dəqiqə olsun belə, tək qalmamışdım".(open.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top