Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları ötüb

SİYASƏT 01 sen 2018, 20:03

"Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir".

 

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçiyə səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi mətbuat konfransında deyib.

 

"Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır", - deyə Prezident bildirib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top