"Səhvlər həmişə olacaq, təki xəyanət olmasın" - Deputat APA-nın bağlanmasından DANIŞDI

SİYASƏT 01 sen 2018, 12:27

“APA-nın bağlanmasına görə çox böyük təəssüf hissi keçirdim. Bu agentlik uzun illər iqtidarın informasiya siyasətinin həyata keçirilməsinə ciddi dəstək verib. İctimaiyyəti, son Mingəçevir və Gəncə hadisələri daxil olmaqla, beynəlxalq aləmdə və regionda baş verən hadisələr haqqında operativ və doğru informasiyalarla təmin edən əsas informasiya agentliklərindən biri APA idi”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət HəsənquliyevAPA-nın bağlanması haqda danışarkən bunları deyib.

Deputat Moderator.az-a açıqlamasında daha sonra bildirib:

“APA-da, Vüsalə xanım başda olmaqla, kifayət qədər istedadlı və işgüzar jurnalistlər toplanmışdı. İnanıram ki, onların imkanlarından xalqımızın mənafeyi üçün bundan sonra da istifadə olunacaq. Agentliyin buraxdığı səhvə gəldikdə isə, bizi və kainatı yaradan Allah da nə bizi, nə də kainatı mükəmməl yaratmayıb. İş olan yerdə səhvlər həmişə olacaq, təki xəyanət olmasın. Xeyirlisi Allahdandır”.

 

Natiq Həziquliyev
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top