Zakir Qaralovun qardaşına cinayət işi AÇILDI

KRİMİNAL 03 iyn 2020, 11:09

Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.


Demokrat.az  Gununsesi.org-a istinadən xəbər verir ki, sabiq baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb.


Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.


Emil Ocaqquliyev birdirib ki, onun Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədəliyib: “Mən də buna görə Gürcüstanın hüquq-mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top