"5 aydır 1 manat qazanmıram"

ŞOU-BİZNES 02 iyn 2020, 11:41

"Yanvar-fevralda toy zəif oldu. Ondan sonra da karantin düşdü. 5 aydır biz oxumuruq, evə 1 manat qazanc gətirmirik".


Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Yeganə Akbudak (Mürsəlova) "Elgizlə izlə" verilişində deyib. Sənətçi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin elan edildiyi üçün toyların olmamasından söz açıb. O bildirib ki, maddi sıxıntı çəkir:


"Bizim ailəmiz, bacı-qardaşımız var. Biz də ailəyə əl tutur, sürücüyə, köməkçiyə maaş verirdik. Deyirlər, müğənninin pulu mütləq olmalıdır. Son vaxtlar ayın 30 günü toy olmurdu. Ayda ən çox 10 gün toya gedirdik. Onunla da uşağın təhsilini həll edir, mahnı yazdırır, klip çəkdirirdik. Pulsuz kim bizə nə edir? Heç toya 7-10 minə getmirəm".(open.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top