Qarabağla bağlı layihə BMT-nin 73-ci sessiyasının gündəliyinə salındı

SİYASƏT 29 avq 2018, 12:08

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə daxil edilib.

 

Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu qətnamə layihələri assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq  41 və 35-ci bəndlər altında salınıb. 

 

Bu sessiyanın gündəliyində ümumilikdə 175 bənd, o cümlədən, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var. 

 

BMT Baş Assambleyasının 73-cü sessiyasının rəsmi açılışı sentyabrın 18-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 19-dan 25-dək baş tutacaq.

 

Qeyd edək ki, Baş Assambleya BMT-nin baş müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlər üzrə qərarlar 2/3 səs çoxluğu ilə qəbul olunmalıdır. Digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər assambleya sessiyası fasiləsiz işləyir. Sonrakı dövrlərdə qurum ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top