Bakıda adam oğurluğu edən dəstənin üzvü tutuldu

KRİMİNAL 30 may 2020, 12:40

Bakının Xətai rayonunda adam oğurluğu edən şəxs həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, polisin keçirdiyi əməliyyat nəticəsində İsmayılov Natiq Həsən oğlu saxlanılıb.


Onun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.


Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top