Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı — RƏSMİ

SOSİAL 30 may 2020, 10:51

Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb.


Demokrat.az-ın məlumatına görə, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.


Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:


“Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar. Dövlət milyonlarla pul xərcləyib ki, turizmçilərə dəstək olsun”.


K.Quluzadə qeyd edib ki, turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq:


“Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top