Damla karantinə alındı

ŞOU-BİZNES 27 may 2020, 11:26

Azərbaycanda mart ayından etibarən xüsusi karantin rejimi tətbiq olunduğu üçün Rusiyada qalan müğənni Damla Bakıya qayıdıb.


Demokrat.az xəbər verir ki, sənətçi ötən gün xüsusi ayrılan avtobus vasitəsilə sərhədi keçib. O, hazırda paytaxtdakı otellərin birində karantinə alınıb.


Məlumatı Damlanın meneceri  saytımıza təsdiqləyib.


Qeyd edək ki, ifaçı Novruz bayramı ilə bağlı Moskvada təşkil olunan konsertdə iştirak etmiş, lakin Rusiya sərhədləri bağladığı üçün Bakıya qayıda bilməmişdi.


Xatırladaq ki,  dünən daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top