Azərbaycanlı aktyor karantinə alındı — FOTO

ŞOU-BİZNES 26 may 2020, 12:57

Türkiyədə koronavirusa yoluxan azərbaycanlı aktyor Yasin Həzirə Azərbaycana gəlib.


Demokrat.az xəbər verir ki, xüsusi çarter reyslə aktyor İstanbuldan Bakıya gəlib və karantinə alınıb.


Türkiyədə müalicə alan Yasin hazırda Bakıda yerləşən “Atletlər kəndi”ndədir.


Bu barədə o, “Instagram” hesabının “Hekayə” bölümündə video yerləşdirərək məlumat verib.


Aktyor yoluxduğu koronavirusdan müalicə alıb sağalsa da, ailəsi ilə yalnız 14-21 gündən (karantin müddəti - red.) sonra görüşə biləcək.


Qeyd edək ki, “Dağıntılar altında” serialı ilə məşhurlaşan aktyor Y.Həzirə martın 14-də İstanbula yollanmışdı. 


O, daha sonra sərhədlərin bağlanması səbəbindən Bakıya qayıda bilməyib. Yasinin sözlərinə görə, koronavirusa onu otaq yoldaşı yoluxdurub.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top