Qadın qonaq getdiyi evdən 10 min manat oğurladı

KRİMİNAL 26 may 2020, 09:43

Astarada qadın qonaq getdiy ievdən pul və qızıl əşyalar oğurlayıb.


Demokrat.az xəbər verir ki, bu barədə saytımıza DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.


Astara şəhər sakini T.Ağayev polisə müraciət edərək evindən 10 min manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib.


Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.


Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top