Rayonlara avtobuslar nə vaxt işləyəcək? — AÇIQLAMA

SOSİAL 23 may 2020, 10:20

"Bakı Beynəlxalq Avtovağzalından Sumqayıta gedən avtobuslarda sosial izoliyasiya qaydalarına ciddi nəzarət olunur."


Demokrat.az xəbər verir ki, bunu ATV-yə açıqlamaslnda Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Pərvin Məmmədova bildirib.


O, Bakıdan rayonlara avtobusların işləməsi ilə bağlı suala da aydınlıq gətirib:


"Düşünürük ki, növbəti mərhələdə ictimai nəqliyyatın bərpasına icazə verilərsə, Bakı Beynəlxalq kompleksi buna hazırdır. Amma bu Operativ Qərargahın verəcəyi qərardan asılıdır. Hazırda uzun məsafələrdə sərnişinlərin sıx getməsinə icazə verilmir. Bu məsələ ilə bağlı yoluxma sayını minumuma endirmək üçün hazırda müəyyən addımlar atılır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top