Abşeronda adam oğurluğu edənlər həbs edildi

KRİMİNAL 22 may 2020, 13:01

Abşeron rayonunda adam oğurluğu ilə məşğul olan iki nəfər həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, həbs olunan şəxslər – Bayramov Anar Ziyad oğlu və Hacızadə Yavər Mürvət oğludur.


Onlar Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 144.2.4-cü (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu törətmək), 144.2.5-ci (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu törətmək) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan olunub.


İstintaq davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top